[b]Premyer Liqanın bombardiri mövsümün ən yaxşısı seçildi[/b]
27.05.2017 - 14:10
[b]Premyer Liqanın bombardiri mövsümün ən yaxşısı seçildi[/b]

İngiltərə Peşəkar Futbolçular Birliyi Premyer Liqada 2016-17 mövsümünün ən yaxşı futbolçusunu müəyyənləşdirib. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, azarkeşlər arasında aparılan səsvermənin qalibi “Tottenhem”in hücumçusu Harri Keyn olub.

 

İngiltərə millisinin üzvü Romelu Lukaku (“Everton”), Dele Alli (“Tottenhem”), Aleksis Sançes (“Arsenal”), Nqolo Kante və Eden Azarla (hər ikisi “Çelsi”) mübarizədən qalib ayrılıb.

 

16 min 378 səslə birinci seçilən Keyni “Çelsi”nin yarımmüdafiəçisi Kante (13515 səs) izləyib. Azar 3-cü (8412), Sançes 4-cü (6727), Alli 5-ci (3507), Lukaku isə 6-cı (955) yeri tutub.

 

Qeyd edək ki, Harri Keyn 29 qolla Premyer Liqanın bombardiri olub.

0