[b]3 zədəli qayıtdı, 4 oyunçu finalı buraxacaq[/b]
27.05.2017 - 15:11
[b]3 zədəli qayıtdı, 4 oyunçu finalı buraxacaq[/b]

İspaniya Kral Kubokunun finalında “Alaves”lə qarşılaşacaq “Barselona”nın zədəli futbolçuları sıraya dönüb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya klubunun 3 müdafiəçisi zədəsini sağaldıb.

 

Bunlar Xerard Pike, Xavyer Maskerano və Aleiks Vidaldı. İlk iki oyunçu qısamüddətli zədədən sonra sıraya dönübsə, Vidal sonuncu dəfə fevralın 11-də yaşıl meydanlara çıxmışdı. Həkimlər 3 aydan çox kənarda qalan cinah oyunçusunun dönməsinə bir maneə qalmadığını bildiriblər.

 

Bütün bunlara baxmayaraq, baş məşqçi Luis Enrike son matçına bütün heyətlə hazırlaşa bilməyib. Müdafiəçi Serxi Roberto və hücumçu Luis Suares cəza, müdafiəçi Jeremi Matyu və yarımmüdafiəçi Rafinya isə zədə ucbatından final görüşünü buraxacaqlar.

 

Qeyd edək ki, bu gün “Visente Kalderon” stadionunda keçiriləcək “Barselona” – “Alaves” görüşü Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

0