[b]“Mançester Siti” rekord transferə hazırlaşır[/b]
27.05.2017 - 17:21
[b]“Mançester Siti” rekord transferə hazırlaşır[/b]

“Monako”dan Bernardo Silvanı astronomik məbləğə heyətinə cəlb edən “Mançester Siti” növbəti böyük transferə hazırlaşır. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, “şəhərlilər” qapı xəttini “Benfika”lı Edersonla gücləndirmək fikrindədi.

 

Baş məşqçi Pep Qvardiolanın israrla ixtiyarında görmək istədiyi 23 yaşlı qolkiperin keçidi artıq an məsələsidi. Belə ki, ingilislərin 40 milyon avroluq təklifi “Benfika” rəhbərliyinin ürəyincə olub. Klublar bu məsələdə artıq ilkin razılıq əldə ediblər və braziliyalının tezliklə Mançesterə səfəri gözlənilir.

 

Bu keçid baş tutarsa, Ederson dünya futbol tarixinin ən bahalı qapıçısına çevriləcək. Hazırda rekord 2001-ci ildə “Parma”dan 35 milyon avro müqabilində “Yuventus”a keçən Canluici Buffona məxsusdu.

 

Qeyd edək ki, “Mançester Siti”nin maraq dairəsində olan digər futbolçu “Tottenhem”in sağ cinah müdafiəçisi Kayl Uolkerdi.

0