[b]Çempionluq yolunda “Beşiktaş”a ağır zərbə[/b]
27.05.2017 - 19:23
[b]Çempionluq yolunda “Beşiktaş”a ağır zərbə[/b]

Türkiyədə çempionluq uğrunda gərgin mübarizə aparan “Beşiktaş” ciddi itkiylə üzləşib. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi son iki turda əsas oyunçusu Rikardo Quaresmanın xidmətindən istifadə edə bilməyəcək.

 

Bu barədə Türkiyə mətbuatı xəbər yayıb. Köhnə zədəsini yeniləyən portuqaliyalı yarımmüdafiəçi üçün mövsüm artıq başa çatıb.

 

Qeyd edək ki, “Beşiktaş” sabah səfərdə “Qaziantepspor”la qarşılaşacaq. “Qara qartal” səfərdən 3 xalla qayıdacağı təqdirdə, sona bir tur qalmış çempionluğunu rəsmiləşdirəcək.

0