[b]A seriyası başa çatdı: “Roma” "gümüş", "Napoli" "bürünc" qazandı - YENİLƏNİB[/b]
29.05.2017 - 00:48
[b]A seriyası başa çatdı: “Roma” "gümüş", "Napoli" "bürünc" qazandı - YENİLƏNİB[/b]

İtaliya A seriyasında 2016/17-ci il mövsümünə yekun vurulub. Apasport.az saytının məlumatına görə, son turun ilk oyun günündə iki qarşılaşma baş tutub. Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin etmiş “Atalanta” ortabab “Kyevo”nu məğlub edib.

 

Çempion “Yuventus” isə birincilikdə heç bir iddiası qalmayan “Bolonya”nı xalsız qoyub.

Ümumiyyətlə, A seriyasında mövsümün son turu Çempionlar Liqasının qrup mərhələsinə birbaşa vəsiqə və aşağı liqaya düşəcək sonuncu komandanın müəyyənləşməsi baxımından maraqlı olub.

 

ÇL-in qrup mərhələsinə vəsiqə qazanmaq istəyən “Roma” evdə “Cenoa”nı məğlub edərək, arzusuna çatıb.

 

“Napoli” isə Genuyanın digər təmsilçisi “Sampdoriya” ilə səfər oyununda qalib gəlsə də, “canavarlar”ın evdə büdrəməməsinə görə üçüncülüklə kifayətlənməli olub.

 

B seriyasına “Empoli”, yoxsa “Krotone”nin düşməsi məsələsinə də aydınlıq gəlib.

 

“Empoli” artıq aşağı liqaya düşəcəyi dəqiqləşən “Palermo”ya səfərdə uduzaraq, “Krotone”nin Avroliqaya vəsiqəni təmin etmiş “Latsio” ilə ev oyununda qalib gəlməsi ilə birlikdə A seriyasını tərk etməmək üçün pley-offlarda oynamalı olacaq.

 

İtaliya A seriyası

XXXVIII tur

 

27 may

“Atalanta” – “Kyevo” – 1:0

Qol: Qomez, 52
 

“Bolonya” – “Yuventus” – 1:2

Qollar: Tayder, 52 - Dibala, 70, Kin, 90+4

 

28 may

“Kalyari” – “Milan” - 2:1

Qollar: Joao Pedro, 17, Pisaken, 90+3 - Lapadula, 72
 

“Roma” – “Cenoa” - 3:2

Qollar: Ceko, 10, De Rossi, 74, Perrotti, 90 - Pelleqri, 3 
 

“Sampdoriya” – “Napoli” - 2:4

Qollar: Qvaqliarella, 50, Alvarez, 90 - Mertens, 36, İnsinye, 42, Hamşik, 49, Kallexon, 65
 

“Krotone” – “Latsio” - 3:1

Qollar: Nalini, 14, 60, Falsinelli, 22 - İmmobile, 26


“Fiorentina” – “Peskara” - 2:2

Qollar: Saponara, 66, Veçino, 85 - Kaprari, 15, Bahebek, 65


“İnter” – “Udineze” - 5:2

Qollar: Eder, 5, 54, Perisiç, 18, Brozoviç, 36, Angella, 75 (öz qapısına) - Baliç, 76, Zapata, 90+2


“Torino” – “Sassuolo” - 5:3

Qollar: Boye, 6, Bazelli, 22, De Silvestri, 45+1, Falke, 57, Belotti, 79 - Defrel, 14, 40, 82


“Palermo” – “Empoli” - 2:1

Qollar: Nestorovski, 76, Brune Henrike, 84 - Kruniç, 87

 

Turnir cədvəli

 

1.

Yuventus 

38

29

4

5

77:27

91

2.

Roma

38

28

3

7

90:38

87

3.

Napoli

38

26

8

4

94:39

86

4.

Atalanta 

38

21

9

8

62:41

72

5.

Latsio 

38

21

7

10

74:51

70

6.

Milan 

38

18

9

11

57:45

63

7.

İnter

38

19

5

14

72:49

62

8.

Fiorentina

38

16

12

10

63:57

60

9.

Torino

38

13

14

11

71:66

53

10.

Sampdoriya

38

12

12

14

49:55

48

11.

Kalyari

38

14

5

19

55:76

47

12.

Sassuolo

38

13

7

18

58:63

46

13.

Udineze

38

12

9

17

47:56

45

14.

Kyevo

38

12

7

19

43:61

43

15.

Bolonya

38

11

8

19

40:58

41

16.

Cenoa

38

9

9

20

38:64

36

17.

Krotone

38

9

7

22

34:58

34

18.

Empoli

38

8

8

22

29:61

32

19.

Palermo 

38

6

8

24

33:77

26

20.

Pescara 

38

3

9

26

37:81

18

0