[b]“Arsenal” mövsümü titulla başa vurdu[/b]
27.05.2017 - 22:53
[b]“Arsenal” mövsümü titulla başa vurdu[/b]

İngiltərə FA kubokunda qalib müəyyənləşib. Apasport.az saytının məlumatına görə, final matçında London derbisi baş tutub.

 

“Arsenal” “Çelsi” ilə üz-üzə gəlib. Matçda hesabı Aleksis Sançes açıb. Hücumçu 4-cü dəqiqədə “topçular”ı önə keçirib. 76-cı dəqiqədə Dieqo Kosta “status-kvo”nu bərpa etsə də, bu, uzun çəkməyib. 3 dəqiqə sonra Aaron Remzi komandasına qələbə qazandıran qolu vurub.

 

Beləliklə, “Arsenal” İngiltərədə hamıdan çox – 13 dəfə kuboku qazanan komanda olub.

0