[b]Eddi İsrafilovun 6 qoldan xəbəri olmadı[/b]
28.05.2017 - 00:01
[b]Eddi İsrafilovun 6 qoldan xəbəri olmadı[/b]

İspaniya Sequndasında XL turun oyunları davam edir. Apasport.az saytının məlumtına görə, milli komandamızın üzvü Eddi İsrafilovun komandası “Kadiz” də növbəti matçını keçirib.

 

Səfərdə “Sevilya”nın B komandası ilə üz-üzə gələn “sarılar” görüşdən bir xalla ayrılıb. 6 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib.

 

Eddinin adı bu oyunda iştirak ərizəsinə daxil edilməyib.

 

Qeyd edək ki, 40 oyundan sonra 61 xal toplayan “Kadiz” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

0