[b]Nağıyevin 82 dəqiqəsi “Dnepr”ə kömək etmədi[/b]
28.05.2017 - 00:07
[b]Nağıyevin 82 dəqiqəsi “Dnepr”ə kömək etmədi[/b]

Ukrayna Premyer Liqasında XXXI tur davam edir. Apasport.az saytının məlumatına görə, gənclərdən ibarət milli komandamızın üzvü Dmitri Nağıyevin komandası “Dnepr” də növbəti oyununu keçirib.

 

Dnepropetrovsklilər səfərdə “Vorskla” ilə üz-üzə gəliblər. Görüş meydan sahiblərinin minimalhesablı qələbəsi ilə başa çatıb.

 

Matça start heyətində başlayan Dmitri 82-ci dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, 31 oyundan sonra aktivində 22 xal olan “Dnepr” turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

0