[b]Milli üzvü oynadı, komandası qalib gəldi[/b]
28.05.2017 - 00:32
[b]Milli üzvü oynadı, komandası qalib gəldi[/b]

Ukrayna Premyer Liqasında XXXI tur davam edir. Apasport.az saytının məlumatına görə, gənclərdən ibarət milli komandamızın üzvü Pavel Paşayevin komandası “Stal” də növbəti oyununu keçirib.

 

Kamiensklilər səfərdə “Jirka” ilə üz-üzə gəliblər. Görüş qonaqların minimalhesablı qələbəsi ilə başa çatıb.

 

Matça ehtiyat oyunçular skamyasında başlayan Pavel 80-ci dəqiqədə komanda yoldaşını əvəzləyib.

 

Qeyd edək ki, 31 oyundan sonra aktivində 40 xal olan “Stal” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

0