[b]Millimizin gücü İslandiyaya çatdı - YENİLƏNİB[/b]
28.05.2017 - 18:25
[b]Millimizin gücü İslandiyaya çatdı - YENİLƏNİB[/b]

Kişi voleybolçular arasında dünya çempionatının seçmə mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının yer aldığı A qrupunda sonuncu V turun görüşləri baş tutub.

 

İlk matçında Türkiyəyə, ikinci oyunda Almaniyaya, ardınca Ukraynaya, 4-cü matçda isə Fransaya 0:3 hesabı ilə məğlub olan Fərid Cəlalovun yetirmələri sonuncu qarşılaşmasında İslandiya ilə üz-üzə gəlib.

 

Millimiz kimi ilk 4 oyununda məğlub olan rəqibə qarşı yığmamız təsəlli qələbəsi qazanmağı bacarıb. Hər üç setdə rəqibindən aşkar üstün olan yığmamız heç nəyə yaramayan qələbə qazanaraq qrup sonunculuğundan canını qurtarıb.

 

28 may

Azərbaycan – İslandiya - 3:0 (25:16, 25:17, 25:20)

 

Hakimlər: Alin Mateyzer (Rumıniya), Stefan Qreyder (İsveçrə)

Lion İdman Sarayı

 

Azərbaycan: 1. Vüqar Bayramov, 2. Tural Həsənli, 3. Cavid Süleymanov, 4. Aqil Əlizadə, 5. Vadim Kutukov, 6. Elmin Alışanov, 8. Rəsul İbrahimov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 11. Asif Əliyev, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 18. Dmitri Baranov, 19. Kənan Allahverdiyev

 

 

N

Ölkə

O

Q

M

S

T

X

1

Fransa

4

4

0

12-0

300-177

12

2

Almaniya

4

4

0

12-0

304-216

12

3

Türkiyə

4

2

2

6-6

266-263

6

4

Ukrayna

4

2

2

6-6

248-252

6

5

Azərbaycan

5

1

4

3-12

297-357

3

6

İslandiya

5

0

5

0-15

225-375

0

 

0