[b]“Qarabağ” gürcülərə rəhm etmədi[/b]
28.05.2017 - 14:55
[b]“Qarabağ” gürcülərə rəhm etmədi[/b]

Tiflisdə təşkil edilən Nodar Axalkatsinin xatirəsinə həsr olunan turnirdə iştirak edən “Qarabağ”ın U-11 komandası artıq iki görüş keçirib. Apasport.az saytının məlumatına görə, yeniyetmə ağdamlılar dünən “İveriya”, bu gün isə “Olimpik”lə qarşılaşıb.

 

Tbilisi “Dinamo”su akademiyasının meydançalarında baş tutan oyunların hər ikisi təmsilçimizin qələbəsi ilə başa çatıb. “Qarabağ” ilk görüşündə 4:1, ikinci matçında isə 3:1 hesablı qələbəyə sevinib.

 

Qeyd edək ki, birinci qrupda yarışan ağdamlılar növbəti matçında “Champion”la qarşılaşacaq. Yarış isə iyunun 2-nə qədər davam edəcək.

0