[b]“Qəbələ”nin yay planları bəlli oldu: “Lokomotiv”lə oynayacaq[/b]
28.05.2017 - 18:41
[b]“Qəbələ”nin yay planları bəlli oldu: “Lokomotiv”lə oynayacaq[/b]

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qəbələ”nin yay hazırlıq planları müəyyənləşib. Apasport.az saytına bu barədə klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib.

 

Klub rəsmisi bildirib ki, “qırmızı-qaralar” təlim-məşq toplanışı üçün Avstriyanı məkan seçib. Tirol bölgəsində baş tutacaq hazırlıq prosesi iyunun 7-dən 22-dək nəzərdə tutulub.

 

Ölkə çempionatının gümüş mükafatçısı bu müddətdə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Artıq oyunların tarixlərinə və rəqiblərdən birinin adına aydınlıq gəlib.

 

İyunun 12-si, 15-i, 19-u və 22-də sınaq qarşılaşmaları keçirməyi planlaşdıran “Qəbələ” komandanın keçmiş baş məşqçisi Yuri Syominin rəhbərlik etdiyi “Lokomotiv”lə qarşılaşacaq. Matç ayın 19-da baş tutacaq.

0