[b]Türk futbolçu məşqçisini tənqid etdi: Heç nə alınmadı[/b]
29.05.2017 - 01:45
[b]Türk futbolçu məşqçisini tənqid etdi: Heç nə alınmadı[/b]

“Rubin”in türk futbolçusu Gökdəniz Karadəniz komandanın baş məşqçisi Xavi Qarsiyanı tənqid edib. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi məşqçi seçimində səhvə yol verdiklərini deyib.

 

37 yaşlı futbolçu ispan mütəxəssisin rəhbərliyi altında uğur qazana bilməyəcəklərini vurğulayıb: “Planlaşdırdığımız heç nə alınmadı. Azarkeşlərimizi çox məyus etdik. Belə situasiyada bizi dəstəkləyən hər bir azarkeşimizə təşəkkür edirəm. Mövsümün sonunda hiss etdik ki, onlar inciyiblər. Kazanda keçirilən oyunlarımıza da az tamaşaçı gəlməyə başladı. Hesab edirəm ki, “Rubin” bu mövsümü tamamilə boşa verdi.

 

Bunun bir yox, bir neçə səbəbi var. Mənim fikrimcə, biz məşqçi seçimində düzgün addım atmadıq. Qarsiya rus futbolunu, rus mentalitetini bilmir. Rusiya İspaniyadan tamamilə fərqlənir. Üstəlik, xeyli yeni futbolçu da aldıq. İndi özünüz müəyyənləşdirin, görün onlardan hansı bizə kömək edə bildi.

 

Mən ad çəkməyəcəm. Buna qiymət verməyim düzgün olmaz. Əgər mövsümü 9-cu pillədə başa vurmuşuqsa, deməli, heç kim komandaya kömək etməyib.

 

Bu barədə onunla bir neçə dəfə söhbət etmişəm. Fikirlərimi açıq şəkildə özünə də bildirmişəm. İndi sizə dediklərimin hamısını onun üzünə demişəm”.

0