[b]Şimali İrlandiya yığmasının üzvü Azərbaycanla oyunu buraxacaq[/b]
29.05.2017 - 11:33
[b]Şimali İrlandiya yığmasının üzvü Azərbaycanla oyunu buraxacaq[/b]

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində gələn ay millimizlə qarşılaşacaq Şimali İrlandiya yığması oyuna itki ilə çıxacaq. Apasport.az saytının məlumatına görə, Britaniya təmsilçisinin aparıcı üzvlərindən olan Ceymi Uord sıradan çıxıb.

 

O, klubu “Nottingem Forest”in heyətində zədələnib. Tibbi müayinədən keçən hücumçunun zədəsinin ciddi olduğu və bu səbəbdən Azərbaycanla oyunu buraxacağı üzə çıxıb.

 

Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya iyunun 10-da baş tutacaq.

0