[b]Millimizin rəqibi Azərbaycanla oyuna Türkiyədə hazırlaşacaq[/b]
29.05.2017 - 12:52
[b]Millimizin rəqibi Azərbaycanla oyuna Türkiyədə hazırlaşacaq[/b]

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində gələn ay millimizlə qarşılaşacaq Şimali İrlandiya yığmasının hazırlıq planına tam aydınlıq gəlib. Apasport.az saytı bu ölkənin mətbuatına istinadən xəbər verir ki, Britaniya təmsilçisi Azərbaycanla oyuna Türkiyədə hazırlaşacaq.

 

Maykl Onilin yetirmələri əvvəlcə öz meydanlarında yoldaşlıq görüşü keçirəcəklər. Yeni Zelandiya yığması ilə planlaşdırılmış matç iyunun 2-də baş tutacaq.

 

Bundan sonra isə şimali irlandiyalılar Azərbaycanla oyuna hazırlaşmaq üçün Türkiyəyə yola düşəcəklər. Millimizin rəqibi 4 gün bu ölkədə qalacaq. Daha sonra Onilin komandası Bakıya gələcək.

 

Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya matçı iyunun 10-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

0