[b]Arda və Rafinya “Barselona”dan gedir?[/b]
29.05.2017 - 13:12
[b]Arda və Rafinya “Barselona”dan gedir?[/b]

“Barselona” klubu mövsümlərarası fasilədə 2 futbolçusu ilə vidalaşa bilər. Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, söhbət Arda Turan və Rafinya Alkantaradan gedir.

 

“Barsa”nın əsas heyətinə düşməkdə çətinlik çəkən Ardanın komandadan ayrılmaq ehtimalı daha çoxdu. Türkiyəli futbolçunun xidmətində İngiltərə və Çin təmsilçilərinin maraqlı olduğu bildirilir. Onunla yanaşı, Rafinya da başqa klublardan təkliflər alıb. 24 yaşlı yarımmüdafiəçi ilə “Roma” və “Liverpul”un danışıq aparır.

 

Qeyd edək ki, başa çatan mövsümdə La Liqada 18 oyunda iştirak edən Arda aktivinə 3 qol, 3 assist yazdırıb. Rafinya isə 18 matçda 6 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

0