[b]Verratti qərarını verdi[/b]
29.05.2017 - 14:44
[b]Verratti qərarını verdi[/b]

“Düzdü, rəhbərliklə görüşüb, gələcəyimlə bağlı müzakirə aparacam. Bununla belə, PSJ-də qalacağımı düşünürəm”. Apasport.az saytı xəbər verir ki, bu sözləri italiyalı futbolçu Marko Verratti deyib.

 

PSJ-nin yarımmüdafiəçisi xarici mətbuata açıqlamasında gələcək karyerası haqda danışıb. Adı “Barselona” ilə birgə çəkilən Verratti komandasını dəyişmək fikrinin olmadığını bildirib.

 

O, PSJ-də özünü xoşbəxt hiss etdiyini vurğulayıb: “Klubla hələ 4 illik müqaviləm qalıb. Burada məni hər şey qane edir. Düzgün yoldayıq. Növbəti mövsümdə də titullar uğrunda mübarizə aparacağıq”.

 

Qeyd edək ki, 2012-ci ildən PSJ-nin formasını geyinən Marko Verratti bu klubun heyətində ümumilikdə 198 oyunda iştirak edib və 6 qola imza atıb. 

0