[b]“Qəbələ”dən 5 cavabsız qol[/b]
29.05.2017 - 15:21
[b]“Qəbələ”dən 5 cavabsız qol[/b]

Gürcüstanın paytaxtı Tbilisidə təşkil edilən Nodar Axalkatsinin xatirəsinə həsr olunan turnirdə qrup mərhələsinə yekun vurulub. Apasport.az “Qəbələ”nin saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın 11 yaşadək futbolçulardan ibarət komandası III turda yerli “Telavi” ilə qarşılaşıb.

 

Namiq Əliyevin baş məşqçisi olduğu kollektiv ardıcıl ikinci böyükhesablı qələbəsini qazanıb – 5:0. “Qəbələ”nin heyətində Həsən Nəzərli, Cümə Hüseynov, İlkin Budaqov, Ziya Şəkərxanov və Samir Musayev qol sevinci yaşayıb.

 

İlk turda Tbilisi “Dinamo”suna 1:3 hesabı ilə uduzub, ardınca “Saburtalo-2”ni 4:0 hesabı ilə məğlub edən “Qəbələ” qrup mərhələsini 6 xalla tamamlayıb.

 

“Qırmızı-qaralar” bu nəticə ilə 1/4 finala yüksəliblər.

 

Qeyd edək ki, mayın 31-də baş tutacaq qarşılaşmada “Qəbələ”nin rəqibi “Saburtalo” olacaq.

0