[b]Kubokun finalında uduzan komanda baş məşqçisiz qaldı[/b]
29.05.2017 - 16:04
[b]Kubokun finalında uduzan komanda baş məşqçisiz qaldı[/b]

İspaniya kubokunun finalında “Barselona”ya uduzan “Alaves” baş məşqçisiz qalıb. Apasport.az saytı xəbər verir ki, komandanın çalışdırıcısı Maurisio Pelleqrino postunu tərk edib.

 

Məlumat “Alaves” klubu tərəfindən rəsmən təsdiqlənib.

 

İspaniya mətbuatına açıqlama verən 45 yaşlı məşqçi gedişi ilə bağlı qısa danışıb: “Burada özümü xoşbəxt hiss edirdim. “Alaves”də mənə kömək edən hər kəsə minnətdaram, xüsusən də, futbolçulara”.

 

Qeyd edək ki, Maurisio Pelleqrino “Alaves”i ötən ildən çalışdırırdı. 

0