[b]“İnter” və “Zirə”nin daha 6 mümkün rəqibi bəlli oldu[/b]
30.05.2017 - 10:59
[b]“İnter” və “Zirə”nin daha 6 mümkün rəqibi bəlli oldu[/b]

Avropa Liqasının I təsnifat mərhələsində iştirakı dəqiqləşən komandaların sayı 91-ə çatıb. Apasport.az saytının məlumatına görə, yarışa bu mərhələdən başlayacaq iştirakçılardan yalnız 9-nun adı müəyyənləşməyib.

 

Bu 91 klubdan 44-nün səpələnmiş, 46-nın səpələnməmiş olduğu dəqiqləşib. Bir komandanın səbəti isə qeyri-müəyyən qalır.

 

Yarışa bu mərhələdən başlayacaq hər iki Azərbaycan klubu səpələnmişlərdən olacaq. Bakı təmsilçiləri “İnter”lə “Zirə” 44 komanda sırasındadı. Bu 44 komandadan 9-u yarışda qatılmaq hüququnu yeni qazananlardı. “Trençin”, “Sarayevo”, “Videoton”, “Şaxtyor”, “Lyunqbyu”, “Jelezniçar”, “Levski”, “Şirak” və “Mladost” Avropa Liqasına vəsiqəni son günlərdə əldə edib.

 

Səpələnmişlərlə üz-üzə gələcək 46 komanda isə “İnter”lə “Zirə” üçün də potensial rəqib sayılır. Bu “46-lıq”dan üçü - “Flora”, “Zeta”, “Qandzasar” turnirə yeni vəsiqə əldə edib. “Şiroki Briyeq”, “Fola”, “Şkendiya” və “Differdanj”ın hansı səbətdə yer alacağı isə bu günlərdə məlum olub və onlar da təmsilçilərimizə mümkün rəqibə çevrilib. 46 səpələnməmiş komandadan 44-ü Azərbaycan klubları ilə görüşə bilər. Ermənistan təmsilçiləri “Pünik” və “Qandzasar” isə “İnter”lə “Zirə”yə rəqib olmayacaq.

 

Avropa Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər

“Makkabi” (Təl-Əviv, İsrail), “Dinamo” (Belarus), HİK (Finlandiya), AİK (İsveç), “Voyvodina” (Serbiya), “Videoton” (Macarıstan), AEL (Kipr), “Şaxtyor” (Belarus), “Slovan” (Slovakiya), “Srvena Zvezda” (Serbiya), “Trençin” (Slovakiya), “Skenderbeu” (Albaniya), “Sent Conston” (Şotlandiya), AEK (Kipr), “Beytar” (İsrail), “İnter” (Azərbaycan), “Ventspils” (Latviya), “Odd” (Norveç), “Kayrat” (Qazaxıstan), “Osiyek” (Xorvatiya), “Sarayevo” (Bosniya və Herseqovina), “Reykyavik” (İslandiya), “Norçepinq” (İsveç), “Kalyu” (Estoniya), “Milsami” (Moldova), “Lyunqbyu” (Danimarka), “Jelezniçar” (Bosniya və Herseqovina), “Olimpiya” (Sloveniya), “Domjale” (Sloveniya), “Valletta” (Malta), “Styarnan” (İslandiya), “Botev” (Bolqarıstan), “Vaduts” (Lixtenşteyn), “Levski” (Bolqarıstan), “Hoqesund” (Norveç), “Ordabası” (Qazaxıstan), “Levadiya” (Estoniya), “Kruzaders” (Şimali İrlandiya), “Qlazqo Reyncers” (Şotlandiya), “Ferensvaroş” (Macarıstan), “Rabotniçki” (Makedoniya), “Zirə” (Azərbaycan), “Şirak” (Ermənistan), “Mladost” (Monteneqro)

 

Səpələnməmişlər

“Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Fola” (Lüksemburq), “Şkendiya” (Makedoniya), “Differdanj” (Lüksemburq), “Nova Qoritsa” (Sloveniya), “Pünik” (Ermənistan), “Mladost” (Serbiya), “Şemrok Rovers” (İrlandiya), “Çixura” (Gürcüstan), “Yelqava” (Latviya), SJK (Finlandiya), “Partizani” (Albaniya), “Linkoln” (Cəbəllütariq), “Kork Siti” (İrlandiya), “Flora” (Estoniya), “Zeta” (Monteneqro), B-36 (Farer adaları), “Derri Siti” (İrlandiya), “Liepaya” (Latviya), “Vaasa” (Finlandiya), “Rujomberok” (Slovakiya), “Zarya” (Moldova), “Valyur” (İslandiya), “Atlantas” (Litva), “Vaşaş” (Macarıstan), “Suduva” (Litva), “Qandzasar” (Ermənistan), “Torpedo” (Gürcüstan), “Trakai” (Litva), “Bala Taun” (Uels), “Dinamo” (Batumi, Gürcüstan), “Runavik” (Farer adaları), “Tre Penne” (San-Marino), “Baltsan” (Malta), “Konnak” (Uels), “Banqor” (Uels), “UE Santa Koloma” (Andorra), “Proqres” (Lüksemburq), “Pelister” (Makedoniya), “Kolreyn” (Şimali İrlandiya), “Klaksvik” (Farer adaları), “Ballimena” (Şimali İrlandiya), “Folqor” (San Marino), “Sent Cozef” (Cəbəllütariq), “Floriana” (Malta), “Sent Culiya” (Andorra)

 

Qeyri-müəyyənlər

“İrtış” (Qazaxıstan)

 

Azərbaycan Premyer Liqasının vitse-çempionu “Qəbələ” isə II təsnifat mərhələsindən mübarizəyə başlayacaq 16 komandadan biridi. Bu “16-lığ”dan 13-ü məlumdu.

 

Onlardan 9-u səpələnmiş, 4-ü səpələnməmişdi. Güclülərdən olan “Qəbələ” nisbətən zəiflə görüşəcək. Püşkatmada təmsilçimiz bu 4 komanda və ya I təsnifat mərhələsinin cütlərindən biri ilə üz-üzə gələ bilər.

 

II təsnifat mərhələsi

Səpələnmişlər

“Astra” (Rumıniya), “Mlada Boleslav” (Çexiya), “Hayduk” (Xorvatiya), “Apollon” (Kipr), “Brondbü” (Danimarka), “Qəbələ” (Azərbaycan), “Aberdin” (Şotlandiya), “Utrext” (Hollandiya), “Şturm” (Avstriya)

 Səpələnməmişlər

“Ostersun” (İsveç), “Brann” (Norveç), “Bney Yehuda” (İsrail), “Dinamo” (Brest, Belarus)

 

Qeyd edək ki, avrokubokların ilk iki mərhələsinin püşkatması iyunun 19-da keçiriləcək.

 

0