[b]“Azərbaycana qalib gəlməklə...” [/b]
30.05.2017 - 11:21
[b]“Azərbaycana qalib gəlməklə...” [/b]

“Uzun fasilədən sonra yığmaya dəvət aldığım üçün çox sevinirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Şimali İrlandiya yığmasının müdafiəçisi Adam Tomson deyib.

 

İyunun 10-da DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin qonağı olacaq Britaniya təmsilçisi ölkəmizə 25 oyunçu ilə gələcək. Baş məşqçi Maykl Onilin siyahısında yer alan futbolçular arasında “Sauthend Yunayted”in üzvü Adam Tomson da var.

 

2011-ci ildən bəri ilk dəfə yığmaya dəvət alan 25 yaşlı futbolçu yerli mətbuata açıqlamasında heyətdə möhkəmlənmək barədə düşündüyünü bildirib: “Yığmadan gələn zəng məni yenidən həyəcanlandırdı. Növbəti dəfə milli səviyyəsində atmosfer yaşamaq sevindiricidi. Bu dəvət ailəmi və məni qürurlandırdı. Bu fürsətdən yararlanmağa çalışacam. Həm Yeni Zelandiya, həm də Azərbaycanla oyunlarda şans verilərsə, meydanda əlimdən gələni edəcəm. Xüsusən də, seçmə mərhələ matçı bizim üçün çox önəmlidi. Azərbaycana qalib gəlib, mövqeyimizi möhkəmlədə bilərik”.

 

Qeyd edək ki, iyunun 10-da baş tutacaq Azərbaycan – Şimali İrlandiya görüşü Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq.

0