[b]Qaret Beyl İngiltərəyə qayıdır?[/b]
30.05.2017 - 13:40
[b]Qaret Beyl İngiltərəyə qayıdır?[/b]

“Real”ın hücumçusu Qaret Beyl yenidən İngiltərəyə qayıda bilər. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, “Mançester Yunayted” uelsli oyunçunun keçidində maraqlıdı.

 

“Qırmızı şeytanlar” uzun müddətdi “qaraladığı” ulduz futbolçunun transferi üçün qarşı tərəfə astronomik məbləğ təklif etməyə hazırlaşır. 28 yaşlı oyunçu gələcəyi ilə bağlı yekun qərarını Çempionlar Liqasının finalında “Yuventus”la keçiriləcək matçdan sonra verəcək. Belə ki, Beyl baş məşqçi Zinəddin Zidan görüşərək, final görüşünə tam hazır olduğunu və oynamaq istədiyini vurğulayıb. Lakin fransalı mütəxəssis start heyətində İskoya şans verməyi düşünür.

 

Futbolçu bu qarşılaşmada ilk dəqiqələrdən meydana çıxmasa, o zaman “Mançester Yunayted”in təklifini dəyərləndirməyi düşünəcək.

 

Qeyd edək ki, Qaret Beyl “Real”a keçməzdən əvvəl İngiltərədə “Sauthempton” (2006-2007) və “Tottenhem”in (2007-2013) formasını geyinib.

0