[b]“Borussiya” baş məşqçisi ilə rəsmən vidalaşdı[/b]
30.05.2017 - 16:03
[b]“Borussiya” baş məşqçisi ilə rəsmən vidalaşdı[/b]

“Borussiya”nın baş məşqçisi Tomas Tuxel postunu tərk edib. Apasport.az saytı xəbər verir ki, bu barədə Dortmund klubu rəsmi məlumat yayıb.

 

“Borussiya” başa çatan mövsümdə Almaniya kubokunu qazanıb, Bundesliqada isə 3-cü yeri tutub. Lakin bu nəticə klub rəhbərliyini razı salmayıb. Nəticədə təcrübəli çalışdırıcı postundan uzaqlaşdırılıb.

 

Qeyd edək ki, Tuxel “Borussiya”nı 2015-ci ildən çalışdırırdı. O, 2009-2014-cü illərdə isə Almaniyanın digər klubu “Maynts”ın “sükanı arxası”nda olub.
 

 

0