[b]Renat Dadaşov “Ayntraxt”da gənclərlə rəqabət aparacaq[/b]
30.05.2017 - 16:04
[b]Renat Dadaşov “Ayntraxt”da gənclərlə rəqabət aparacaq[/b]

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun komandası “Ayntraxt” heyətində ciddi dəyişiklik etməyəcək. Apasport.az-ın Almaniya mətbuatına istinadən məlumatına görə, Bundesliqa təmsilçisi yay transferlərinə cəmi 15 milyon avro ayırıb.

 

Klub artıq ilk keçidini reallaşdırıb. Belə ki, “Tvente”nin hücumçusu Sebastian Qaller 6 milyon avroya transfer edilib. “Benfika”nın 20 yaşlı forvardı Luka Yoviçi də heyətinə cəlb etməyə hazırlaşan ayntraxtlılar əvəzində aparıcı hücumçu Haris Seferoviçlə vidalaşıblar. 25 yaşlı isveçrəli karyerasını “Benfika”da davam etdirəcək.

 

Qaller və Yoviçin gəlişindən sonra hücumçu transferinə yekun vuracaq “Ayntraxt”da Renat Dadaşov da əsas kollektivə cəlb ediləcək. Bununla da məşqçilər korpusu gələn mövsüm ön xətdə əsasən gənclərə şans verəcək. Rəhbərlik transfer üçün ayrılmış qalan 9 milyon avronu isə digər mövqelərin gücləndirilməsi üçün xərcləməyi planlaşdırır.

 

Qeyd edək ki, 18 yaşı bu ay tamam olan Renat Dadaşov “Ayntraxt”la 3 illik müqavilə imzalayıb.

0