[b]“Qəbələ”nin hücumçusu nişanlandı - FOTO[/b]
30.05.2017 - 16:46
[b]“Qəbələ”nin hücumçusu nişanlandı - FOTO[/b]

“Qəbələ”nin futbolçusu Baqali Dabo subaylığın daşını atmağa hazırlaşır. Apasport.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, fransalı hücumçu nişanlanıb.

 

O, Tuğba adlı xanımla evlilik həyatının ilk addımını atıb.

 

Cütlüyün nişan mərasimi Paris şəhərində baş tutub.

 

Qeyd edək ki, Baqali Dabo ötən ilin yayından “Qəbələ”də çıxış edir. 

0