AFFA-dan 300 nəfərlik turnir - FOTOSESSİYA
30.05.2017 - 18:27
AFFA-dan 300 nəfərlik turnir - FOTOSESSİYA

AFFA-nın dəstəyi ilə “Grassroots” layihəsi çərçivəsində Bayıl stadionunda qızlar və oğlanlar arasında 3x3 turniri keçirilib. Apasport.az saytının məlumatına görə, yarış iki yaş qrupu - 2008-2010 və 2005-2007-ci illər üzrə təşkil olunub.

 

2008-2010-cu il təvəllüdlü qızlardan ibarət 16 komanda (80 futbolçu), 2005-2007-ci il təvəllüdlü qızlardan ibarət 19 komanda (95 futbolçu 2008-2010-cu il təvəllüdlü oğlanlardan ibarət 16 komanda (80 futbolçu), 2005-2007-ci il təvəllüdlü oğlanlardan ibarət 32 komanda (160 futbolçu) qeydiyyatdan keçib.

 

Ümumilikdə 300 nəfərdən artıq iştirakçı qeydə alınıb ki, onlardan 90%-i yeni iştirakçıdı.

 

2008-2010 yaş qrupu (qızlar)

I yer - Viktoriya

II yer - Xəzər

III yer - Aslanlar  

 

2005-2007 yaş qrupu (qızlar)

I yer - Gömrükçü

II yer - Fidan   

III yer - Amasya

 

2008-2010 yaş qrupu (oğlanlar)

I yer - Gömrükçü

II yer - Viktoriya

III yer - MOİK  

 

2005-2007 yaş qrupu (oğlanlar)

I yer - Güclülər

II yer - Xəzər-2   

III yer - Fənərbaxça

 

0