[b]Azərbaycan əsas rəqibinə "dərs keçdi", İsrail və Hollandiyadan qələbə - YENİLƏNİB[/b]
31.05.2017 - 21:37
[b]Azərbaycan əsas rəqibinə "dərs keçdi", İsrail və Hollandiyadan qələbə - YENİLƏNİB[/b]

Bu gün qadın voleybolçular arasında DÇ-2018-in Bakıda keçirilən E qrupunun seçmə oyunlarında II turu keçirilir. Apasport.az saytınınməlumatına görə, mundiala birbaşa vəsiqə qazanmaq uğrunda mübarizə aparan 6 komandadan biri olan yığmamız da ikinci matçına çıxıb.

 

İlk görüşdə Norveç millisini darmadağın edən Faiq Qarayevin yetirmələri növbəti qarşılaşmada Ukraynanı sınağa çəkib. Bakı İdman Oyunları Sarayında baş tutan matçda voleybolçularımız Hollandiya ilə yanaşı, əsas rəqibi hesab olunan ukraynalılara "dərs keçib". Faiq Qarayevin yetirmələri rəqbilərinə set vermədən qalib gəliblər. 

 

Belə ki, ilk setdə üstünlüyü əla alan komandamız hissəni 7 top irəlidə bitiriblər. İkinci set isə qarşılıqlı hücumlar şəraitində keçib. Hətta Ukrayna birinci texniki fasiləyə üstün də çıxıb. Lakin təmsilçimiz onlara hesabı bərabərləşdirmək şansı verməyib. Qazandığımız ardıcıl xallar yığmamızın fərqi artırması ilə nəticələnib - 2:0. 

 

Üçüncü hissədə də rəqibin dönüş yaratmaq istəyinə voleybolçularımız mane olublar. Texniki fasilələrə geridə çıxan millimiz setin sonlarında toparlanmaığı bacarıb. Onlar bu dəfə hissəni 25:21 hesabı ilə aktivinə yazıblar. Bu qəbələ komandamızı final mərhələsinə bir addım da yaxınlaşdırıb. 

 

Günün ilk görüşündə isə qrupumuzun digər favoriti Hollandiya Norveçlə üz-üzə gəlib. "Narincilar" da matçı 3:0 hesabı ilə xeyirlərinə bitiriblər. 

 

Üçüncü oyunda isə Danimarka İsrail qarşısında aciz qalıb - 0:3.

 

Dünya çempionatının seçmə mərhələsi

E qrupu

II tur

 

Danimarka – İsrail - 0:3 (22:25, 19:25, 18:25)

Hakimlər: Sanya Mikloşiç (Sloveniya), Sabine Vitte (Almaniya)

 

Hollandiya – Norveç - 3:0 (25:11, 25:14, 25:13)

Hakimlər: Saşa Stanisiç (İsveçrə), Mixail Temelis (Yunanıstan)

 

Ukrayna – Azərbaycan - 0:3 (17:25, 17:25, 21:25)

Hakimlər: Roberto Boris (İtaliya), Bruno Muxa (Xorvatiya)

Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Poznyak, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 8. Yelizaveta Səmədova, 9. Natalya Məmmədova, 10. Yana Kulan, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 16. Oksana Kiselyova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibova.

 

 

N

Ölkə

O

Q

M

S

T

X

1

Hollandiya

2

2

0

6-0

150-72

6

2

Azərbaycan

2

2

0

6-0

150-86

6

3

Ukrayna

2

1

1

3-3

130-128

3

4

İsrail

2

1

1

3-3

128-134

3

5

Danimarka

2

0

2

0-6

93-150

0

6

Norveç

2

0

2

0-6

69-150

0

 

0