[b]“Yenidən Bakıda oynadığım üçün xoşbəxtəm” - Natalya Məmmədova[/b]
31.05.2017 - 09:54
[b]“Yenidən Bakıda oynadığım üçün xoşbəxtəm” - Natalya Məmmədova[/b]

“Yenidən Bakıda oynadığım üçün xoşbəxtəm. Şadam ki, doğma azarkeşlərin dəstəyini hiss edirəm. Bu, hər bir oyunçu üçün vacibdi”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova deyib.

 

Təcrübəli hücumçu dünya çempionatının seçmə mərhələsində Norveçlə oyun barədə fikirlərini açıqlayıb.

 

33 yaşlı Məmmədova bildirib ki, Bakıda keçirilən E qrupunun matçlarında əsas məqsədləri final mərhələsinə yüksəlməkdi: “Ümid edirəm ki, qrup mərhələsini birinci yerdə başa vura biləcəyik. Azərbaycan millisinin bir üzvü kimi qarşıdakı oyunlarda qalib gəlmək üçün mümkün olan hər şeyi edəcəm. Əsas rəqiblərimizə gəlincə, bunların Ukrayna və Hollandiya olduğu öncədən məlum idi. Bu gün Ukrayna ilə qarşılaşacağıq. Digər komandalarla oyunlarda da arxayınlaşmaq olmaz”.

 

Qeyd edək ki, 2013-cü ildə milli karyerasını bitirdiyini açıqlayan Məmmədova 4 ildən sonra ölkəmizin əsas komandasına qayıdıb.

 

0