[b]“Fərqli motivasiya, fərqli qarşılaşma olacaq” - MÜSAHİBƏ[/b]
31.05.2017 - 09:58
[b]“Fərqli motivasiya, fərqli qarşılaşma olacaq” - MÜSAHİBƏ[/b]

Ukrayna millisinin voleybolçusu Yelena Novqorodçenkonun apasport.az saytına müsahibəsi

 

- Bakıda keçirilən dünya çempionatının seçmə mərhələsinin ilk turunda İsrail millisinə qalib gəldiz. Nəyin hesabına rəqibi 3:0 hesabı ilə məğlub etdiz?

- İlk oyun gözlənildiyi kimi əsəbi alındı. Bu da ilk 2 setdəki səhvlərimizin səbəbi idi. Sonra sakitləşdik və öz oyunumuzu nümayiş etdirdik. Bu bizim üçün çox vacib yarışdı. Buna görə də hamı məsuliyyəti və vacibliyi başa düşür. Bəzən bu mane olur, müəyyən mənada bizi sıxır. İsraillə oyunda da bunu üzərimizdə hiss etdik.

 

- Dediyiniz kimi, ilk 2 setdə xeyli çətinliklə üzləşdiz. Asan qalib gəldiyiniz 3-cü hissədə potensialınızı göstərdiyinizi demək olarmı?

- Hesab edirəm ki, komandamız daha böyük potensiala malikdi. Biz daha yaxşı oynaya bilərik.

 

- Turnirdən öncə əsas rəqiblərinizin Azərbaycan və Hollandiya olduğunu demişdiz. Bu komandalar da ilk qarşılaşmalarını sizin kimi 3:0 hesablı qələbə ilə bitirdilər. Yəqin ki, onların görüşlərini izləmisiz. Bu komandalar haqda nə deyə bilərsiz?

- Hər 2 yığma – həm Azərbaycan, həm də Hollandiyanın oyunu çox asan və qısa oldu. Çünki bu komandanın rəqibləri aşkar şəkildə onlardan zəif idilər.

 

- Bu gün Azərbaycanla qarşılaşacaqsız. Vacib saydığınız oyunda nə lehinizə işləyə bilər? Millimizin ilk turda əsas heyəti əvəzetmələrlə oynatması sizə problem yaratmayacaq ki?

- Təkcə Azərbaycan millisi deyil, elə biz də ilk oyunda bütün voleybolçularımıza şans verdik. Demək olar ki, Bakıya gətirilən bütün oyunçular İsraillə görüşdə iştirak etdi. Amma qeyd edim ki, bu gün əsas rəqibimizə qarşı çox vacib oyuna çıxacağıq. Fərqli motivasiya, fərqli qarşılaşma olacaq.

 

- Artıq bir neçə gündü Bakıdasız. Paytaxtımız haqda nə deyə bilərsiz?

- Bu mənim Bakıya ilk gəlişim deyil. Ukraynanın “Ximik” və Rumıniyanın “Ştiinta” klublarının heyətində Azərbaycana səfər etmişəm. Həqiqətən yenidən bura qayıtmaq çox xoşdu. Sizin insanlar mehriban və ünsiyyətcildi. Şəhər böyük templə inkişaf edir. Hər dəfə yeni arxitektura şedevrləri ilə təəccübləndirir.

 

- Paytaxtımızda ən xoşladığınız yerin adını çəkə bilərsizmi?

- Düzdü, vaxtımız o qədər də çox deyir. Amma artıq Dənizkənarı Parkda gəzməyə vaxt tapmışıq. Ümid edirəm ki, hələ İçəri Şəhərə və şeytan çarxına da getməyə vaxtımız olacaq. 

0