[b]Elxan Məmmədov Elmar Qasımovu qabaqladı[/b]
01.06.2017 - 12:02
[b]Elxan Məmmədov Elmar Qasımovu qabaqladı[/b]

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, iyun üçün müəyyənləşən siyahı yığmamız üçün heç də uğurlu alınmayıb.

 

Buna səbəb yığmamızın Bakıda keçirilən İslam Həmrəyliyi Oyunları zamanı Yekaterinburqda baş tutan “Böyük dəbilqə”dən kənar qalmasıdı. Belə ki, millimizin aparıcı idmançılarından yalnız Elxan Məmmədov irəliləyib. Avropa və dünya çempionumuz 100 kq çəki dərəcəsində 3-cü yerə yüksəlib. Bu çəkinin lideri isə zirvəni təhvil verib. O, siyahıda hətta Məmmədovdan da aşağı enib – 4-cü yer.

 

Təmsilçilərimizdən İlqar Müşkiyev (60 kq), Rüfət İsmayılov (81 kq), Məmmədəli Mehdiyev (90 kq) və Aişə Qurbanlının (48 kq) mövqeyi dəyişməz qalıb. Cüdoçularımız müvafiq olaraq, 30-cu, 18-ci və 36-cı yerdədilər.

 

Digər idmançılarımızdan Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Hidayət Heydərov (73 kq) 2, Uşanqi Kokauri (+100 kq) 3, Rüstəm Orucovla (73 kq) Xanım Hüseynova (63 kq) 1 rəqiblərini özlərindən irəli buraxıblar. Onlar müvafiq olaraq, 4-cü, 8-ci, 7-ci, 25-ci, 2-ci və 44-cü pilləyə eniblər. 

0