[b]“Qarabağ” 13 əskiklə başladı - FOTO[/b]
01.06.2017 - 19:29
[b]“Qarabağ” 13 əskiklə başladı - FOTO[/b]

“Qarabağ” bu gündən etibarən 2017/18-ci illər mövsümünün hazırlıqlarına start verib. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Qurban Qurbanov mayın 5-i ölkə kubokunun finalından sonra futbolçularına istirahət vermişdi.

 

Mövsümün ilk məşqi günorta saatlarında klubun bazasında start götürüb.

 

Ağdamlıların ilk məşqində Dino Ndlovu, Arif Daşdəmirov və Elvin Yunuszadə və əvəzedici heyətin bir neçə futbolçusu iştirak edib.

 

Millimizin heyətində olan 8 futbolçu: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Ağabala Ramazanov, Əfran İsmayılov, Qara Qarayev, Rahid Əmirquliyev və Riçard Almeyda, Bosniya və Hersoqovina yığmasına çağrılan İbrahim Şehiç və U-21 yığmamızın toplanışına dəvət alan Mahir Mədətov, Elgün Uluxanov və Eltun Turabov ilk məşqdə iştirak etməyib.

 

Daha bir futbolçu – Ansi Aqolli isə bir neçə gün sonra komandaya qoşulacaq.

0