[b]Azərbaycan və Hollandiya növbəti mərhələdə - YENİLƏNİB[/b]
02.06.2017 - 21:58
[b]Azərbaycan və Hollandiya növbəti mərhələdə - YENİLƏNİB[/b]

Qadın voleybolçular arasında DÇ-2018-in Bakıda keçirilən E qrupunun seçmə oyunları davam edir. Apasport.az saytının məlumatına görə, ardıcıl 3 oyunda “quru hesab”la qələbə qazanan Faiq Qarayevin yetirmələri bu gün baş tutan IV turda İsrail yığmazı ilə üz-üzə gəlib. 

 

Voleybolçularımız bu dəfə də uğurlu seriyanı davam etdiriblər. Komandamız rəqibini 1 set güzəştə getmədən məğlub edib. Belə ki, yığmamızın hücumları ilə start götürən ilk set cəmi 21 dəqiqə davam edib. Təmsilçimiz 25:9 hesabı ilə qalib gəlib. İkinci hissədə də üstün tərəf millmiz olub və seti 11 top irəlidə bitirib. 

 

Ardınca rəqib oyununda dönüş yaratsa da, voleybolçularımız onların sevinməsinə imkan verməyiblər. Təcrübəli oyunçularımız üçüncü seti də asanlıqla aktivlərinə yazıblar. 

 

Beləliklə, ardıcıl 4-cü matçda 4-cü 3 xallıq qələbə komandamızı növbəti mərhələyə daşıyıb. Yığmamız sabah baş tutacaq Hollandiya ilə oyunun nəticəsindən asılı olmayaraq, qrupda qalmayacaq. "Narıncılar"a qalib gələcəyimiz halda birbaşa final mərhələsinə, uduzacağımız halda isə pley-offa yüksələcəyik. 

 

Günün ilk matçında Danimarka Norveçlə qarşılaşıb. Görüş ikincilərin qələbəsi ilə başa çatıb. Bu, Norveçin Bakıda ilk qalibiyyəti olub. 

 

Turun mərkəzi matçında isə Hollandiya Ukrayna ilə üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada "narıncılar" qələbə qazanıb və millimizlə birlikdə qrupdan çıxmağı təmin edib. Kimin lider olacağına isə iki komanda sabah leçiriləcək oyunda aydınlıq gələcək.

 

Dünya çempionatının seçmə mərhələsi

E qrupu

IV tur

2 iyun

 

Hollandiya – Ukrayna - 3:1 (30:28, 18:25, 25:13, 27:25)

Hakimlər: Saşa Stanisiç (İsveçrə), Bruno Muxa (Xorvatiya)

 

İsrail – Azərbaycan - 0:3 (9:25, 14:25, 18:25)

Hakimlər: Sanya Mikloşiç (Sloveniya), Sabine Vitte (Almaniya)

Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Poznyak, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 8. Yelizaveta Səmədova, 9. Natalya Məmmədova, 10. Yana Kulan, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 16. Oksana Kiselyova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibova

 

Danimarka – Norveç - 1:3 (25:21, 15:25, 23:25, 15:25)

Hakimlər: Roberto Boris (İtaliya), Mixail Temelis (Yunanıstan)

 

 

N

Ölkə

O

Q

M

S

T

X

1

Azərbaycan

4

4

0

12-0

300-167

12

2

Hollandiya

4

4

0

12-2

347-233

12

3

Ukrayna

4

2

2

7-7

318-305

6

4

İsrail

4

1

3

4-9

239-306

3

5

Norveç

4

1

3

4-10

242-325

3

6

Danimarka

4

0

4

1-12

211-321

0

0