[b]“Təmiz” oynaya bilmədik” - Kseniya Poznyak[/b]
02.06.2017 - 10:04
[b]“Təmiz” oynaya bilmədik” - Kseniya Poznyak[/b]

“Əsas tapşırıq mümkün qədər səhvsiz oynamaq idi. Düzdü, tam istədiyimiz kimi “təmiz” oynaya bilmədik. Ancaq istənilən halda, 3:0 hesablı qələbə qazandıq”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Kseniya Poznyak deyib.

 

Yığmamızın 31 yaşlı blokçusu dünya çempionatının seçmə mərhələsində Danimarka ilə oyunu şərh edib.

 

O bildirib ki, Natalya Məmmədovanın əsas komandamıza dönüşü ilə hər şey komplektləşib: “Bütün rəqiblərə hörmətlə yanaşırıq. Amma əsas öz oyunumuza fikir veririk. Gücümüzü 100 faiz nümayiş etdirə bilsək, hər zaman uğur bizimlə olar. Natalya Məmmədova çoxdan komandayla bir yerdə oynamırdı. İndi hamımız bir yerdəyik. Həm meydançada, həm də kənarda bir-birimizlə çox yaxşı anlaşırıq və bir-birimizə dəstək veririk. Ümid edək ki, bu dostluq bizə dünya çempionatına vəsiqə qazanmağa kömək edəcək”.

0