[b]“Şəriəti gələcəyini görür” - güləşçimizin məğlub baxışı[/b]
02.06.2017 - 11:29
[b]“Şəriəti gələcəyini görür” - güləşçimizin məğlub baxışı[/b]

Məşhur “sportsnet” dərgisi mayın ən yaxşı fotolarını dərc edib. Apasport.az saytının məlumatına görə, idmansevərləri təəccübləndirəcək 8 foton oxucuların ixtiyarına verilib.

 

Qeyri-adi şəkillərdə “Formula-1” pilotu Valter Bottasın qələbə sevinci, “Real”ın futbolçusu Kriştianu Ronaldonun “Atletiko”nun qapısına vurduğu qol və Azərbaycan güləşçisi Sabah Şəriətinin ayaqlarının yerdən üzüldüyü anı öz əksini tapıb.

Dərgi IV İslam Həmrəyliyi Oyunlarında çəkilmiş fotoya maraqlı şərh də verib. Yunan-Roma güləşində 125 kq çəki dərəcəsində xalçaya çıxan milliləşdirilmiş iranlı özbəkistanlı Muminyon Abdullayevin tətbiq etdiyi fənd belə təsvir olunub: “Şəriəti gələcəyini görür. Bu, onun məğlubiyyətlə barışma anıdı”.

 

Qeyd edək ki, Abdullayevə vaxtından öncə uduzan Şəriəti yekunda bürünc medal qazanıb.

 

0