[b]Ruslan Lunyovdan geriyə addım[/b]
02.06.2017 - 14:29
[b]Ruslan Lunyovdan geriyə addım[/b]

Beynəlxalq Atıcılıq Federasiyası iyun üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni siyahı millimiz üçün heç də uğurlu alınmayıb.

 

Mayda Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 5 qızıl medal qazanan Ruslan Lunyov 10 m məsafədə atəş açanların siyahısında geriləyib. O, 4 rəqibini özündən irəli buraxmaqla, 28-ci pilləyə enib. Lunyovun hesabında 145 xalı var.

 

O, 25 m məsafədən hədəfi nişanalmada isə mövqeyini qoruyub. 690 xala malik həmyerlimiz yenə 9-cudu. 

0