[b]İsrail - Azərbaycan: Kim necə oynadı? - STATİSTİKA[/b]
02.06.2017 - 18:49
[b]İsrail - Azərbaycan: Kim necə oynadı? - STATİSTİKA[/b]

Qadın voleybolçular arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən İsrail - Azərbaycan matçının statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, 3:0 hesabı ilə qalib gəldiyimiz qarşılaşmanın bombardiri adını yenə də Polina Rəhimova qazanıb.

 

Yığmamızın hücumçusu millimizin aktivinə 15 xal yazdırmağı bacarıb. Rəhimova, həmçinin ən yaxşı blokçu nominasiyasında da birinci olub.

 

Görüşün ən yaxşı hücumçusu isə Natalya Məmmədova olub. O, qazandığı 13 xaldan 11-ni qarşısıalınmaz zərbə ilə əldə edib.

 

Matçın digər nominasiyalarında da yığmamızın üzvləri liderlik ediblər. Ayşən Abduləzimova topu oyuna ən yaxşı daxil edən (4 eys), Yelizaveta Səmədova isə topu ən yaxşı qəbul edən (37 faiz) seçilib.

 

Digər voleybolçularımızın topladıqları xallara gəlincə, Abduləzimova 13, Kseniya Poznyak 11, Səmədova 6 və Kristina Yaqubova 2 dəfə komandamıza sevinc bəxş edib.

 

İsraildə isə 9 xal toplayan Anna Veliki komandasının ən məhsuldar oyunçusu olub.  

 

0