[b]5 oyun, 5 qələbə: 4-cü dəfə final mərhələsində!!![/b][b] - YENİLƏNİB[/b]
03.06.2017 - 21:30
[b]5 oyun, 5 qələbə: 4-cü dəfə final mərhələsində!!![/b][b] - YENİLƏNİB[/b]

Bu gün qadın voleybolçular arasında DÇ-2018-in Bakıda keçirilən E qrupunun seçmə oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, ardıcıl 4 oyunda “quru hesab”la qələbə qazanan Faiq Qarayevin yetirmələri bu gün baş tutan son turda Hollandiya ilə qarşılaşıblar.

 

Voleybolçularımız qələbə seriyasını davam etdiriblər. Onlar bundan öncəki 4 turda xal itirməyən Hollandiyaya darmadağınla qalib gəliblər. 5-ci görüşdə 5-ci 3:0 hesablı qələbə isə yığmamızı birbaşa final mərhələsinə yüksəldib.

 

Belə ki, qarşılaşma gözlənildiyi kimi qarşılıqlı hücumlarla başlayıb. Lakin voleybolçularımızın bir-birini başa düşməməsi rəqibin təşəbbüsü ələ alması ilə nəticələnib. Birinci hissənin ilk texniki fasiləsinə 2 top geridə yollanan komandamız ikinci texniki fasilədə 8 top geri düşüb – 8:16. Lakin bu, voleybolçularımızı ruhdan salmayıb. Faiq Qarayevin lazımı göstərişləri oyunun axarını dəyişib. Öncə yığmamız fərqi azaldıb (15:20), ardınca hissəni əlavə vaxta aparıb. Nəhayət ki, setin sonlarında hesabda irəli keçən (29:28) voleybolçularımız yekunda əzmkar qələbəyə seviniblər – 30:28.

 

Bu qələbə komandamızı daha da ruhlandırıb. Təmsilçimiz setə uğurlu başladıqdan sonra bir qədər zəif təsir bağışlasa da, yenə lazımı anda toparlanıb. Bu isə millimizi qələbəyə bir addım da yaxınlaşdırıb – 2:0.

 

3-cü hissə sonuncu olub. “Narıncılar” fərqi azaltmaq üçün bir sıra dəyişikliklərə əl atsa da faydası olmayıb. Onlar setin gedişində hesabda irəli çıxsalar da, bunun ardını gətirə bilməyiblər. Səhvsiz oynayan yığmamız seçmə oyunları nə set, nə də xal itirmədən bitirib.

 

Beləliklə, Faiq Qarayevin komandası tarixində 4-cü dəfə dünya çempionatının final mərhələsində oynamaq hüququ qazanıb. Rio Olimpiadasının yarımfinalçısı Hollandiya isə pley-offda mübarizəni davam etdirəcək. Həlledici oyunlar 2018-ci ildə Yaponiyada keçiriləcək.

 

Günün ilk qarşılaşmasında isə Norveç İsraillə oynayıb. Heç bir əhəmiyyət kəsb etməyən oyunda ikincilər qələbə qazanıb.

 

Seçmə mərhələyə isə Danimarka və Ukrayna dueli ilə yekun vurulub. Bu matçda da qeydə alınan hesab turnir cədvəlində heç nəyə təsir etməyib - 3:0.

 

Dünya çempionatının seçmə mərhələsi

E qrupu

V tur

3 iyun

 

Azərbaycan – Hollandiya - 3:0 (30:28, 25:22, 25:13)

Hakimlər: Mixail Temelis (Yunanıstan), Saşa Stanisiç (İsveçrə)

Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Poznyak, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 8. Yelizaveta Səmədova, 9. Natalya Məmmədova, 10. Yana Kulan, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 16. Oksana Kiselyova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibova

 

Ukrayna – Danimarka - 3:0 (25:14, 25:16, 25:18)

Hakimlər: Sabine Vitte (Almaniya), Sanya Mikloşiç (Sloveniya)

 

Norveç – İsrail - 1:3 (19:25, 25:15, 17:25, 15:25)

Hakimlər: Bruno Muxa (Xorvatiya), Roberto Boris (İtaliya)

 

 

N

Ölkə

O

Q

M

S

T

X

1

Azərbaycan

5

5

0

15-0

380-230

15

2

Hollandiya

5

4

1

12-5

410-313

12

3

Ukrayna

5

3

2

10-7

393-353

9

4

İsrail

5

2

3

7-10

329-382

6

5

Norveç

5

1

4

5-13

318-415

3

6

Danimarka

5

0

5

1-15

259-396

0

 

0