[b]Avropa birinciliyinə seçim[/b]
03.06.2017 - 11:26
[b]Avropa birinciliyinə seçim[/b]

Bu gün yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start veriləcək. Apasport.az saytının məlumatına görə, Bakı Boks Mərkəzində keçiriləcək yarış 6 gün davam edəcək.

 

Birincilikdə ölkəmizin müxtəlif şəhər və rayonlarını təmsil edən komandaların 200-dək idmançısı mübarizə aparacaq. Yarışa qatılacaq 2003-2004-cü il təvəllüdlü boksçular 16 çəki dərəcəsində mükafatçıları müəyyənləşdirəcəklər.

 

Turnirin baş hakimi Anar Nağdiyev olacaq.

 

Qeyd edək ki, yarış iyulda Bolqarıstanda təşkil olunacaq Avropa birinciliyinə seçim xarakteri daşıyır.

 

Mənbə: abf.az

0