[b]Yığmamızın Avropa çempionatı üçün heyəti açıqlandı[/b]
03.06.2017 - 14:15
[b]Yığmamızın Avropa çempionatı üçün heyəti açıqlandı[/b]

Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının iyunun 16-da Ukraynanın Xarkov şəhərində start götürəcək Avropa çempionatı üçün heyəti müəyyənləşib. Azərbaycan Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, 9 gün davam edəcək yarışda ölkəmiz tam heyətlə təmsil olunacaq.

 

Baş məşqçi Leonid Loivskinin rəhbərlik etdiyi məşqçilər korpusu qitə çempionatında 10 boksçuya şans verəcək.

 

Ukraynalı mütəxəssis IV İslam Həmrəyliyi Oyunları ilə müqayisədə bir sıra dəyişikliklər edib. O, qitə birinciliyində dünya çempionu Elvin Məmişzadə, Rio-2016-nın gümüş medalçısı Lorenzo Sotomayor və Avropa Oyunlarının qalibi Abdulqadir Abdullayevin də rinqə çıxması qərara alınıb. Həmçinin Məsud Yusifzadə 49 kq çəki dərəcəsində gücünü yoxlayacağı halda, Eldar Quliyev 81 kq çəki dərəcəsində nəyə qadir olduğunu nümayiş etdirəcək. Pərviz Bağırov da Xarkova yollanacaq heyətə salınıb.

 

Komandamızın heyəti aşağıdakı kimidir:

49 kq. Məsud Yusifzadə

52 kq. Elvin Məmişzadə

56 kq. Tayfur Əliyev

60 kq. Cavid Çələbiyev

64 kq. Lorenzo Sotomayor

69 kq. Pərviz Bağırov

75 kq. Kamran Şahsuvarlı

81 kq. Eldar Quliyev

91 kq. Abdulqadir Abdullayev

+91 kq. Məhəmmədrəsul Məcidov

 

Qeyd edək ki, Bakıdakı təlim-məşq toplanışını bu gün başa vuracaq yığmamız hazırlığın son mərhələsini Xarkovda keçəcək. Boksçularımız Ukraynaya iyunun 4-də yollanacaqlar. 

0