[b]Final mərhələsində 3-cü komanda[/b]
03.06.2017 - 17:47
[b]Final mərhələsində 3-cü komanda[/b]

2018-ci ildə Yaponiyada keçiriləcək qadın voleybolçular arasında dünya çempionatının daha bir iştirakçısı məlum olub. Apasport.az saytının məlumatına görə, Serbiya yığması mundialda iştirak hüququ qazanıb.

 

Onlar Avropa zonası üzrə seçmə oyunlarda B qrupunda birinci yeri tutmaqla bu uğura nail olublar. İkinci yerdə qərarlaşan Çexiya isə pley-offda mübarizəni davam etdirəcəklər.

 

Serblərin dünya çempionatına vəsiqə qazanması ilə final mərhələsində oynayacaq komandaların sayı 3-ə çatıb. Onlara kimi Yaponiya ev sahibi, ABŞ son çempion kimi həlledici oyunlarda iştirak hüququ qazanmışdı.

 

Qeyd edək ki, Azərbaycan millisi də dünya çempionatının final mərhələsi üçün E qrupunda mübarizəni davam etdirir. 

0