[b]Azərbaycan – Hollandiya: Kim necə oynadı? - STATİSTİKA[/b]
03.06.2017 - 19:18
[b]Azərbaycan – Hollandiya: Kim necə oynadı? - STATİSTİKA[/b]

Qadın voleybolçular arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Hollandiya matçının statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, 3:0 hesabı ilə qalib gəldiyimiz qarşılaşmanın bombardiri adını yenə də Polina Rəhimova qazanıb.

 

Yığmamızın hücumçusu millimizin aktivinə 28 xal yazdırmağı bacarıb. Rəhimova, həmçinin ən yaxşı hücumçu (23) və topu oyuna ən yaxşı daxil edən (2 eys) də seçilib.

 

Digər 2 nominasiyada da birinci yer də millimizin voleybolçularına nəsib olub. Yelizaveta Səmədova ən yaxşı top qəbul edən (52 faiz), Ayşən Abduləzimova (4 xal) ən yaxşı blokçu seçilib. Onlar qarşılaşmanı müvafiq olaraq, 17 və 7 xalla bitiriblər.

 

5-ci matçda qələbəmizin digər memarlarına gəlincə, Natalya Məmmədova 12 və Kristina Yaqubova 2 dəfə komandamıza sevinc bəxş edib.

 

Hollandiyada isə 11 xal toplayan Lonneke Slöetyes komandasının ən məhsuldar oyunçusu olub.  

 

Qeyd edək ki, bu qələbə millimizi DÇ-2018-in final mərhələsinə yüksəldib. 

0