[b]Hücumçumuz seçmə mərhələnin ikinci bombardiri oldu[/b]
05.06.2017 - 00:45
[b]Hücumçumuz seçmə mərhələnin ikinci bombardiri oldu[/b]

Qadınlar arasında voleybol üzrə DÇ-2018-in seçmə mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, mərhələnin yekununa əsasən millimiz yer aldığı qrupda birinci olaraq mundiala birbaşa vəsiqə qazanıb.

 

Seçmə mərhələ yığmamızın hücumçusu Polina Rəhimova üçün də uğurlu alınıb. Voleybolçumuz 6 qrupda mübarizə aparan 36 komandanın üzvləri arasında qrup oyunlarının ən yaxşı ikinci bombardiri olub. O, üst-üstə 100 xal toplamağı bacarıb.

 

“Fənərbaxça”nın üzvü bu sıralamada yalnızca Portuqaliya millisinin “vuran əli” Yulia Kavalenkadan (105 xal) geri qalıb.

 

Matçbaşına xal ortalamasında da hücumçumuz ikincidir. Ümumilikdə 5 oyunda və 14 setdə mübarizə aparmış Rəhimova 7.14 ortalama ilə serbiyalı Tiyana Boşkoviçi izləyib (4 oyun, 11 set, 7.45 ortalama).

 

Millimizin digər üzləri Yelizavetə Səmədova 58 xalla 21-ci, Nataliya Məmmədova isə 51 xalla 35-ci sırada yer alaraq ilk 50 arasına düşməyi bacarıblar.

 

Ən yaxşı blokçuların sıralamasında isə Ayşən Əzimova 19-cu (11 blok), Kseniya Poznyak 29-cu (9 blok), Polina Rəhimova isə 31-ci (9 blok) pillədə qərarlaşıblar.

0