[b]İdman və akrobatika gimnastikası üzrə Azərbaycan çempionatı başlayır[/b]
07.06.2017 - 10:40
[b]İdman və akrobatika gimnastikası üzrə Azərbaycan çempionatı başlayır[/b]

İyunun 9-da kişi və qadın idman gimnastlarının Bakı çempionatı və Azərbaycan birinciliyinə start veriləcək. Apasport.az saytının məlumatına görə, 2 gün davam edəcək yarışda 134 gimnast iştirak edəcək.

 

Turnirin gedişində akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi keçiriləcək. Bu 2 çempionata qatılacaq idmançılar Bakı Gimnastika Məktəbi, Respublika Olimpiya İdman Liseyi, “Ocaq” Sport Klubu, Neftçi İdman Klubu, Nizami rayonu İdman Məktəbi, Balakən, Şabran və Sumqayıtı təmsil edəcəklər.

 

Yarışların ilk günü yeni başlayanlar, balacalar, gənclər, yeniyetmələr və uşaqlar yaş kateqoriyasında yer alacaq qız idman gimnastlarının çıxışları ilə başlayacaq.

 

Daha sonra mübarizəyə akrobatlar qoşulacaqlar. Gənclər, yeniyetmələr və uşaqlar yaş kateqoriyasına bölünmüş qız qrupları, cütlükləri, qarışıq cütlüklər və oğlan cütlükləri yarış meydançasında öz məharətlərini nümayiş etdirəcəklər. Turnirin ikinci günü də məhz akrobatların çıxışları ilə davam edəcək.

 

Son olaraq medallar uğrunda öz güclərini kişi idman gimnastları sınayacaq. Gənclər, yeniyetmələr, uşaqlar, balacalar, kiçiklər və balalar yaş qrupunda yer almış idmançılarımızın əzmkar nümayişləri ilə yarışlara yekun vurulacaq.

 

Birincilik Milli Gimnastika Arenasının köməkçi zalında olacaq. 

0