SİZİN REKLAM BURADA

Durunda karyerasını başa vurdu: Belə diqqət dünyanın heç bir yerində yoxdu!

“Hər şeyə görə təşəkkür edirəm və səni çox sevirəm, Azərbaycan! Həmişə qəlbimdə qalacaqsan!” Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin gimnastı Marina Durunda şəxsi instaqram səhifəsində yazıb.

 

Yığmamızın 20 yaşlı lideri bundan sonra xalçaya çıxmayacağını açıqlayıb.

 

IV İslam Həmrəyliyi Oyunlarında 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan Durunda artıq karyerasını bitirdiyini yazıb: “Bütün məşqçilərimə, xareoqraflara, həkimlərə, masajçılara və digər şəxslərə ürəkdən təşəkkür edirəm. Azərbaycan millisinin şərəfini qoruduğum 5 il ərzində mənə inanan, kömək edən, qeydimə qalan və dəstək olan hər kəsə minnətdaram. Sizsiz heç nəyə nail ola bilməzdim. Sizdən ayrılmaq mənə çox ağırdı. Hər birinizlə ayrı-ayrılıqda görüşüb, təşəkkür edə bilmədiyim üçün üzr istəyirəm. Nə vaxtsa yenidən görüşəcəyimizə inanıram”.

O, uğurlarında böyük pay sahibi olan ölkəmizə və Azərbaycan Gimnastika Federasiyasına da xüsusi minnətdarlıq edib: “Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, Azərbaycan Gimnastika Federasiyasına və şəxsən federasiyanın prezidenti, Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban Əliyevaya məşqlər üçün yaxşı şərait yaratdığına, dəstəyinə və idmançıların qeydinə qaldığına görə “sağ ol” deyirəm. Belə diqqət dünyanın heç bir yerində yoxdu. Biz idmançıların əməyini bu cür qiymətləndirdiyiniz üçün təşəkkür edirəm. Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsinə minnətdaram ki, mənə kömək etdilər və başa düşdülər. Gimnastika Federasiyasına mənə etdiyi hər yaxşılığa görə təşəkkür edirəm. Siz mənə çox şey öyrətdiz. Mən bunu həyatım boyu xatırlayacam. Bütün dostlarıma “saq ol” deyirəm. Sizinlə bu cür vidalaşacağımı heç vaxt düşünməzdim. Amma mən böyük sevgi və ürək ağrısı ilə gedirəm. Səni sevirəm, Azərbaycan!”

Qeyd edək ki, Durunda 4 yaşından bədii gimnastika ilə məşğul olmağa başlayıb. 6 yaşında ailəsi ilə birgə Ukraynadan ayrılaraq, Kiprə gedib. Lakin bu ölkənin vətəndaşlığını ala bilməyib. 2012-ci ildə Azərbaycan Gimnastika Federasiyasının təklifi qəbul edib və ölkəmiz adından çıxış etməyə başlayıb. 2013-cü ildə Azərbaycan çempionu titulunu qazanan gimnast Kiyevdə dünya çempionatında mübarizə aparıb. 2015-ci ildə Avropa çempionatında lentlə çıxışını bürünc, həmin il Bakıda keçirilən I Avropa Oyunlarında gümüş medal qazanıb.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

28

19

5

4

46-14

62

2.

Qəbələ

28

14

10

4

48-21

52

3.

İnter

28

11

10

7

39-33

43

4.

Zirə

28

10

9

9

29-26

39

5.

Kəpəz

28

9

9

10

24-27

36

6

Sumqayıt

28

9 8

11

28-35

35

7.

Neftçi

28

9

2

17

24-45

29

8.

 AZAL

28

1

7

20

13-50

10

               

 

Top 10
Sizin reklam burada
150x220