[b]İngiltərə millisinə ŞOK: Bütün komanda hərbi təlimlərdə - FOTOSESSİYA[/b]
07.06.2017 - 20:10
[b]İngiltərə millisinə ŞOK: Bütün komanda hərbi təlimlərdə - FOTOSESSİYA[/b]

DÇ-2018-in seçmə mərhələsində Şotlandiya ilə qarşılaşacaq İngiltərə millisi oyuna ciddi hazırlaşır. Apasport.az saytının məlumatına görə, baş məşqçi Qari Sautqeyt futbolçularına gözlənilməz məşq prosesi seçib.

 

 

Belə ki, gənc mütəxəssis qarşıdakı matçın vacibliyini və prinsipiallığını nəzərə alaraq oyunçularını iki gün boyunca Kraliyyət Dəniz Donanmasında hərbi düşərgəyə yollayıb.

 

 

O, əvvəlcə bütün futbolçuların telefonlarını və digər əlaqə cihazlarını müsadirə edib və heç kimə xəbər etmədən gizlincə hərbi hissəyə aparıb.

 

 

Xüsusi təyinatlı döyüşçülərlə birlikdə məşq keçən futbolçular ara-sıra çətinliklərlə üzləşsələr də, hallarından məmnun kimi görünüblər.

 

 

Sautqeyt isə qərarını belə açıqlayıb: “Futbolçularımın gözlənilməz çevrələrdə hadisələrə necə reaksiya verəcəklərini görmək istədim”.

 

 

İki gün davam edən hərbi təlimlərdən sonra İngiltərə millisi yenidən normal məşqlərinə dönüblər.

 

0