[b]Şuşadan olan uşaqlar üçün futbol bayramı [/b] - FOTOSESSİYA
09.06.2017 - 15:53
[b]Şuşadan olan uşaqlar üçün futbol bayramı [/b] - FOTOSESSİYA

“Açıq Əyləncəli Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir Sabunçu rayonunun Ramana-450 qəsəbəsində məskunlaşan Şuşa rayonundan olan məcburi köçkün ailələrinin uşaqlarının təhsil aldığı Malıbəyli kənd 1 saylı tam orta məktəbdə təşkil edilib. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, tədbir yeniyetmələrin və uşaqların, o cümlədən məcburi köçkün və qaçqın ailələrindən olan uşaqların asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etmək məqsədilə keçirilib.  

 

Tədbirdə millət vəkili, AFFA-nın I vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Xankəndi şəhərindən seçilmiş deputat Flora Qasımova, YAP Şuşa rayon təşkilatının sədri, təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev, Malbəyli kənd 1 saylı tam orta məktəbin direktoru Günəş Hüseynova, Şuşa rayon Uşaq-Gənclər İdman məktəbinin direktoru Əbülqasım Novruzov və “Açıq Əyləncəli Futbol Məktəbləri” layihəsinin kordinatoru Kərim Ağayev iştirak edib.

 

Tədbirin sonunda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən uşaqlara müxtəlif idman ləvazimatları hədiyyə olunub.

0