[b]“Zenit” və “İnter”in tvitter deyişməsi - FOTO[/b]
09.06.2017 - 22:04
[b]“Zenit” və “İnter”in tvitter deyişməsi - FOTO[/b]

“İnter” baş məşqçi vəzifəsinə Lusiano Spalettini gətirib. Apasport.az saytının məlumatına görə, bu barədə klubdan rəsmi açıqlama yayılıb.

 

İtaliyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

 

 

 

Rəsmi tviter hesabından xəbəri paylaşan “İnter”ə Spalettinin keçmiş komandası “Zenit”dən maraqlı cavab gəlib. Rusiyalılar keçidi belə təbrik ediblər: “Əla seçimdi, “İnter”! Biz Sankt-Peterburqda Spalettini çox sevirik”.

 

 

İtaliyalılar da öz növbələrində bu jesti cavabsız qoymayıblar. Milanlıların mətbuat xidməti “Uşaqlar, siz də çox doğru seçim etmisiniz” – deyərək keçmiş baş məşqçiləri Roberto Mançinin “Zenit”ə keçidinə işarə ediblər.

 

 

Qeyd edək ki, Luçano Spaletti 2009-2014-cü illərdə “Zenit”də, Roberto Mançini isə 2004-2008 və 2014-2016-cı illərdə “İnter”də baş məşqçilik edib.

0