[b]İsveç Azərbaycan qarşısına Avropa çempionatındakı heyəti çıxaracaq[/b]
10.06.2017 - 14:49
[b]İsveç Azərbaycan qarşısına Avropa çempionatındakı heyəti çıxaracaq[/b]

Kişi voleybolçulardan ibarət İsveç millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, skandinaviyalılar iyunun 16-da start götürəcək yarış üçün 18 oyunçu sifariş ediblər.

 

Avropa çempionatının I seçmə mərhələsində də Azərbaycan millisinin rəqibi olmuş isveçlilər bu dəfə də demək olar ki, eyni oyunçulara güvənəcək.

 

Komandanın baş məşqçisi Yohan İsaksonnnun Azərbaycan, Albaniya və Makedoniya ilə görüşlər üçün çağırdığı voleybolçuların siyahısı aşağıdakı kimidi:

 

Toppaylayıcılar: 15. Viktor Nielsen, 17. Andreas Eriksson, 18. Dardan Luştaku

Blokçular: 6. Yans Ahremark, 9. David Pettersson, 10. Vilhelm Nilsson, 11. Filip Pettersson

Hücumçular: 4. Fredik Qustavsson, 5. Staffan Blomqren, 7. Yakub Viyk, 8. Markus Nilsson, 12. Erik Sundberq, 13. Viktor Lindberq, 14. Yakub Link, 21. Arno Slipaç, 1. Linus Ekstrand

Liberolar: 2. Anton Viyk, 19. Yohan Eriksson

 

Qeyd edək ki, İsveç – Azərbaycan matçı ilk mərhələnin ev sahibi Makedoniyada iyunun 17-də olacaq. Albaniyanın qəbul edəcəyi son mərhələdə isə iyunun 25-nə təsadüf edəcək. 

0