[b]Bakıda rekordlar - LAYİHƏ[/b]
10.06.2017 - 16:38
[b]Bakıda rekordlar - LAYİHƏ[/b]

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsinin qaliblərindən olan “İslamiada: İslam dünyasından dünya idmanına körpü” istiqaməti üzrə silsilə yazıları davam etdirir. Bu dəfə IV İslam Həmrəyliyi Oyunlarında qeydə alınan rekordlara diqqət ayırıb, onun neçəsinin Azərbaycan millisinin payına düşdüyünü araşdıracağıq.

 

Medal sayında rekord

Mayın 12-22-də Bakıda təşkil edilmi yarış ilk növbədə medal sayında yeni rekordla əlamətdar oldu. Söhbət ümumilikdə İslamiadada oynanılan medal dəstindən gedir. 2005-ci ildə cəmi 108, 2013-cü ildə 182 dəst mükafat öz sahibini tapmışdısa, bu dəfə rəqəm 268-ə yüksəldi. Bu isə az qala əvvəlki 2 yarışın cəminə (290) yaxındı.

 

Ümumi medal sayında da Bakıda ilk yaşandı. İdmançılara 886 mükafat verildi ki, I və III İslam Həmrəyliyi Oyunlarında bu, müvafiq olaraq, 355 və 600-ə bərabər olmuşdu.

 

Bakı digərlərini qabaqladı

Medalçı ölkələrin sayında da yeni rekord qeydə alındı. Belə ki, 40 yığmanın təmsilçiləri Bakıda fəxri kürsüyə qalxdılar. Səudiyyə Ərəbistanında bu rəqəm 32, İndoneziyada cəmi 29 olmuşdu. Çempionluq sevinci yaşayanların sayında da oxşar mənzərə müşahidə edilib. Paytaxtımızda 26 müxtəlif himn səsləndi. İndiyədək ən yaxşı halda 21 ölkə qızıl medal sevindi yaşamışdı. Bu, 12 il əvvəl Səudiyyə Ərəbistanında rəsmiləşmişdi. III oyunların ev sahibi İndoneziyada isə 19 ölkə fəxri kürsünün ən yüksək pilləsində idmançısını görmüşdü.

 

Yığmamızdan fantastik göstərici

Azərbaycan millisinin İslamiadanı 75 qızıl medal kimi başa vurması yarışların tarixinə mütləq rekord kimi düşdü. Baş tutan əvvəlki 2 yarışa nəzər salsaq, bunun yarısını qazanan ölkə olmamışdı. Bakı-2017-yə qədər mütləq rekord İndoneziyaya məxsus idi. Asiyalılar evdə təşkil etdiyi Oyunlarda 36 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı. 4 il əvvəlki yarışda İran 30, Misir və Malayziya hərəyə 26 dəfə uğur əldə etmişdi. İlk İslamiadanin rekordçusu Səudiyyə Ərəbistanı 2005-ci ildə buna 24 qızılla nail olmuşdu.

 

Azərbaycan millisinin 75 çempionluqla rekordu isə IV İslam Həmrəyliyi Oyunları başa çatmamış rəsmiləşmişdi. İdmançılarımız artıq yarışın 5-ci günündə İndoneziyanın 36 qızıl medal rekordunu kölgədə qoydular. Turnirin sonunda isə nəinki Azərbaycan, hətta Türkiyə (71 qızıl) və İran (39) Palembanqdakı ən yüksək nəticəni unutdurdu.

 

“Ay-ulduzlular”ın zəfəri

Ümumi medal sayında Bakı-2017-nin ən yaxşısı Türkiyə oldu. 71 qızıl, 67 gümüş və 57 bürünc əldə edən qonşu ölkə təmsilçisi ümumilikdə 195 dəfə fəxri kürsüyə qalxdı. Bu da İslamiadalar tarixində görünməmiş nəticədi. Əvvəlki yarışlara nəzər salsaq, yalnız 2 yığma medal sayında 3 rəqəmli ədədə sevinmişdi. Palembanqda İndoneziya 104, Türkiyə 103 dəfə medal arzusuna çatmışdı. Bakıda da 2 yığma 100-ü arxada qoydu. Mütləq rekordçu olan Türkiyə ilə yanaşı, Azərbaycanın 162 (75-50-37) medal qazanması da ilk 2 yarışda heç kimin əldə edə bilmədiyi uğurdu.

 

“Ay-ulduzlular”ın Bakıdakı gümüş və bürünc sayı da yeni rekord kimi tarixə düşdü. İndiyədək ən çox ikincilik İndoneziyaya nəsib olmuşdu. Onlar 2013-cü ildə 34 dəfə uğur əldə etmişdilər. Türkiyə Bakıda bunu az qala 2 dəfə üstələdi – 67 gümüş.

 

Qonşularımız 4 il əvvəl İndoneziyada qazandıqları 50 bürüncü IV Oyunlarda 57-yə çatdırdırdı.

 

İlk uğuruna sevinənlər

IV İslam Həmrəyliyi Oyunları bir çox ölkələr üçün ilklərlə də yadda qaldı. İndiyədək medala həsrət qalan ölkələr tilsimi məhz Bakıda qırdılar. Belələri arasında ən diqqətçəkəni Özbəkistan yığmasıdı. Onlar ilk uğurlarına ölkəmizdə imza atdılar. Kifayət qədər sanballı idman ölkəsi hesab olunan asiyalılar paytaxtımızdakı yarışda 4-cü oldular. Özbəklər ilk cəhddə 63 medal (15-17-31) qazandılar. Onlar kimi Nigeriya, Qambiya, Benin, Qvineya-Bissau, Mozambik, Surinam, Cibuti və Mali də Bakı-2017-də qədər fəxri kürsüyə həsrət idi.

 

Bu 9 ölkəyə qədər 38 yığma İslamiadalarda mükafatçılar sırasına düşmüşdü. İlk uğuruna sevinənlər bu rəqəmi 47-yə çatdırdılar. Bununla da İslam Həmrəyliyi Təşkilatına üzv olan ölkələrdən medal qazanmayanların sayı 10-a qədər azaldı.

 

200-cü medal

75 çempionluq yaşamaqla, nəinki özünün, bütün İslamiadaların mütləq rekorduna yiyələn yığmamız Səudiyyə Ərəbistanı və İndoneziyada göstərdiyi nəticəni yaxşılaşdırdı. 12 il öncə 15 mükafat əldə edən komandamız buna 4 qızıl, 4 gümüş və 7 bürünclə imza atmışdı. İndoneziyada da yığmamız nailiyyətini artırmışdı. Onlar Palembanqda 6 qızıl, 9 gümüş və 9 bürünc medala sevinmişdilər. Bakı-2017-də isə artıq medalların oynanıldığı ilk gündə - mayın 13-də əldə olunan 10 qızıl mükafat əvvəlki 2 Oyunlardakı çempionluğun cəminə bərabər idi. Yarışın ertəsi gün medal sayını 50-yə çatdıran yığmamız yeni uğurunu rəsmiləşdirdi.

 

IV İslam Həmrəyliyi Oyunlarına qədər aktivində 39 mükafat olan Azərbaycan ev sahibi olduğu yarışda yubileyləri də sıraladı. İslamiadalardakı 100-cü, turnirin son günündə isə 200-cü medal da əldə edildi. Oyunların bitməsi ilə bu rəqəm 201-ə qədər yüksəldi. Beləliklə, komandamız 3 yarışda 85 qızıl, 63 gümüş və 53 bürünc medal əldə edib. Bu yarışlar tarixində ikinci göstəricidi.

 

Türkiyə zirvədə, Azərbaycan izləyici rolunda

İslam Həmrəyliyi Oyunlarında medal qazanan 47 ölkənin siyahısına gəlincə, bu cədvələ Türkiyə başçılıq edir. V Oyunların ev sahibi olacaq “ay-ulduzlular” ümumi mükafat sayında 300-ü, gümüş və bürüncdə isə 100-ü fəth ediblər. 95 çempionluğu olan qonşularımız 100 dəfə ikinci, 110 dəfə üçüncü olublar. 305 dəfə fəxri kürsüyə çıxan Türkiyənin Azərbaycan kimi 100-cü çempionluq sevincini İstanbul-2021-də yaşayacağını ehtimal etmək mümkündü.

 

İkinci sırada olan millimizin ən yaxın izləyicisi isə İrandı. Cənub qonşularımız qızıl sayında bizdən 6 medal geri qalırlar. Onların hesabın 52 gümüş və 56 bürünc mükafat da var. Bu 3 ölkə ilə yanaşı, Misir və İndoneziya da 100-ü arxada qoyub.

 

Medal qazanan 47 ölkədən isə cəmi 32-si fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Qeyd edək ki, 3 yarış ərzində 560 qızıl, 556 gümüş və 725 bürünc medal verilib. Bu mükafatların ümumilikdə sayı isə 1841-di.

 

1

Türkiyə

95

100

110

305

2

AZƏRBAYCAN

85

63

53

201

3

İran

79

52

56

187

4

Misir

46

51

49

146

5

İndoneziya

43

64

59

166

6

Səudiyyə Ərəbistanı

35

21

31

87

7

Malayziya

31

22

37

90

8

Mərakeş

25

26

33

84

9

Əlcəzair

15

28

42

85

10

Özbəkistan

15

17

31

63

11

Qazaxıstan

15

13

18

46

12

Bəhreyn

14

6

8

28

13

İraq

13

17

13

43

14

Suriya

7

5

14

26

15

Qırğızıstan

6

7

12

25

16

İordaniya

6

2

16

24

17

Qətər

4

5

9

18

18

Tunis

4

3

23

30

19

Oman

3

6

9

18

20

Türkmənistan

3

5

15

23

21

Pakistan

3

3

10

16

22

Küveyt

2

8

8

18

23

Nigeriya

2

3

1

6

24

Seneqal

1

3

10

14

25

Kamerun

1

3

7

11

26

Sudan

1

3

2

6

27

Banqladeş

1

2

2

5

28

Tacikistan

1

1

4

6

29

Qambiya

1

1

0

2

30-32

Benin

1

0

1

2

 

Qvineya-Bissau

1

0

1

2

 

Mozambik

1

0

1

2

33

BƏƏ

0

4

9

13

34

Qayana

0

3

3

6

35

Yəmən

0

1

6

7

36-37

Liviya

0

1

2

3

 

Surinam

0

1

2

3

38-40

Burkina-Faso

0

1

1

2

 

Cibuti

0

1

1

2

 

Uqanda

0

1

1

2

41-43

Bruney

0

1

0

1

 

Mali

0

1

0

1

 

Fələstin

0

1

0

1

44

Əfqanıstan

0

0

7

7

45

Fil Dişi Sahili

0

0

5

5

46

Livan

0

0

2

2

47

Syerra-Leone

0

0

1

1

 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 

0