[b]Ruslan Lunyov yenə də hədəfə düşə bilmədi[/b]
10.06.2017 - 17:31
[b]Ruslan Lunyov yenə də hədəfə düşə bilmədi[/b]

Qəbələdə güllə atıcılığı üzrə Dünya Kuboku davam edir. Apasport.az saytının məlumatına görə, yarışın 3-cü günündə də Azərbaycan yığması medal hesabını aça bilməyib.

 

Belə ki, 25 m məsafəyə atəş açmada hədəf önünə keçən Ruslan Lunyov bu dəfə də ümidləri doğrultmayıb. İslamiadada 5 qızıl medal qazanan 28 yaşlı snayper 578 xalla 18-ci yeri tutub.

 

Yarış iyunun 14-dək davam edəcək. 

0